Polis vətəndaşı güllələdi, ara qarışdı – VİDEO

28-03-2017, 13:21           

Fransa polisinin Paris sakinini öldürməsindən sonra paytaxtda iğtişaş yaranıb.
Qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı xəsarət alıb.


“Le Parisien” qəzeti yazır ki, insidentə səbəb martın 27-də iki polis əməkdaşının məişət zəminində mübahisəni araşdırmaq məqsədilə mənzillərdən birinə gələrək 56 yaşlı Li Şayonu güllələməsi səbəb olub. Onun bıçaqla asayiş keşikçilərinə hücum etdiyi bildirilir. Lakin mərhumun qızı bunu təkzib edir.
Qətlə yetirilən sakinin xatirəsini anmaq üçün onlarla insan bir yerə toplaşıb. Parisin 19-cu dairəsində polis məntəqəsinin yaxınlığındakı dinc nümayiş kütləvi qarşıdurmaya keçib. Naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıb, sonra onu yandırmağa cəhd ediblər. İzdihamı dağıtmağa çalışan polis əməkdaşlarına daş, butulka atılıb.
Üç nümayişçinin saxlanıldığı bildirilir.(Trend)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.