Polşa Aİ çevik qüvvələrinin tərkibindən çıxacaq

29-03-2017, 09:06           

Polşa 2020-ci ilədək Avropa İttifaqının çevik qüvvələrinin (Avropa Korpusu) tərkibindən çıxacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Korpusunun Strasburqdakı mənzil qərargahının nümayəndəsi polkovnik Visente Dalmau bildirib.

Qeyd edək ki, Polşa 2002-ci ildə Avropa Korpusuna üzv olub. “Frans Press”in məlumatında görə, Polşanın Avropa Korpusunun tərkibindən çıxmasına dair qərar hökumət tərəfindən qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru