YUNİSEF: Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə 1,4 milyon uşaq acından ölə bilər
29-03-2017, 09:17
Nigeriya, Somali, Cənubi Sudanda və Yəməndə 1,4 milyon uşaq acından ölə bilər. "Report" Birləşmiş Millətlər Təşkilatının (BMT) Radiosuna istinadən xəbər verir ki, BMT-nin Uşaq Fondu YUNİSEF dərhal bu ölkələrə 255 milyon dollar yardım edilməsi çağırışı ilə çıxış edib. "Maliyyə vasitələri, hansılar ki, ən yaxın aylara lazımdır, yalnız 2017-ci ildə lazım olacaq ümumi məbləğin bir hissəsidir. Bütün bunlar 712 milyon dollardır - ötən ilki vəsaitdən 50 faiz artıq", - deyə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Hak qeyd edib. Aclığın, quraqlığın və münaqişələrin bürüdüyü ölkələrdə milyonlarla uşaq yemək yemir, xəstələnir. Onların yaşamağa damları belə yoxdur, məktəbə getmirlər. YUNİSEF keçmişdə baş vermiş dərsi xatırladıb: - 2011-ci ildə, Somalidə rəsmən aclıq elan ediləndə xeyli sayda uşaq acından öldü. Uşaq Fondundan vurğulanıb ki, beynəlxalq ictimaiyyət belə vəziyyətin təkrarlanmasına yol verməməlidir.