Erməni məmuru hədələdilər: - "Od vurub yandıracağıq"

29-03-2017, 12:33           
Erməni məmuru hədələdilər: - "Od vurub yandıracağıq"
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca partiyalar, namizədlər arasında rəqabət kəskinləşir. AzVision.az “Jovohurd” nəşrinə istinadən xəbər verir ki, bu dəfə Syunik vilayətinin Xoznovar icmasında vəziyyət kritik həddə çatıb.

Məlumata görə, Seçki komissiyasının Tsarukyan partiyasından olan sədri Hrayr Alaverdyanın maşınının üzərinə benzin töküb yandırmaq istəyiblər. Maşının üzərinə qoyulan bildirişdə ona xəbərdarlıq edilib, Bildirilib ki, növbəti dəfə onun maşınına od vurulacaq.

Bu arada nəşr yazır ki, Xoznovar məktbəninin direktoru Vladimir Zakaryan erməni dili və ədəbiyyat müəllimi K. Manqasaryan və onun həyat yoldaşını otağına çağıraraq onlardan hakim Respublika partiyasına səs vermələrini tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru