Kral Salman Fransanı qarışdırdı FOTO
26-07-2015, 11:35
Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdül Əziz əl Səudun Fransya səfəri ciddi müzakirələr səbəb olub.
ANS PRESS-in məlumatına görə, Səudiyyə kralı Fransanın cənubuna istirahət etmək üçün bu ölkəyə səfər edəcək.
Kral Valloris kurort şəhərində olan villasında bir aya yaxın vaxt keçirmək niyyətindədir. Kralı istirahət zamanı 1000 nəfər müşaiyət edəcək.
Yerli turizm obyektlərinin sahibləri Fars körfəzi ölkələrindən gələn zəngin müştərilərinə görə gəlir baxımdan geriyə düşürlər. Kralın bura səfəri hamının ürəyincə deyil.
Məsələ burasındadır ki, kral Fransa hökumətindən xahiş edib ki, ən böyük hesab edilən "Mirandol" çimərliyi tamamilə onun üçün bağladılsın. Belə olan təqdirdə kral burada rahat istirahət edə biləcək.
Valloris kurort şəhərinin bir hissəsi
Fransa hökuməti kralın bu xahişini anlayışla qarşılayıb və çimərlikdə təhlükəsizliyin təmin edilməsi üçün bütün Fransa polisi səfərbər edilib.
Bu isə Valloris şəhərinin sakinlərini əməlli-başlı özündən çıxarıb.
"Bizim hökumət, deyəsən, burada kimin ev sahibi, kimin qonaq olduğunu qarışdırıb", şəhər bələdiyyəsinin nümayəndəsi Jan Noel Falk bildirib. O, ictimai çimərliyin özəlləşdirilməsinə imkan verməmək üçün hökumətə qarşı petisiya təqdim edib.
"Biz hökumətdən bütün vətəndaşların hüquqlarını bərabər şəkildə qorumağı tələb edirik", deyə petisiyada deyilir.
Valloris şəhərinin əhalisinin sayı 30 min olmasına baxmayaraq petisiya 100 mindən çox səs verilib. Digər şəhərlərdən olan fransızlar da kral və hökumətin bu addımına qarşı çıxıb.
Kralın təhlükəsizliyi üçün polislər səfərbər edilib