İran ABŞ-dan olan müfəttişləri nüvə obyektlərinə buraxmayacaq

31-07-2015, 15:18           
İran ABŞ-dan olan müfəttişləri nüvə obyektlərinə buraxmayacaq
İran hökuməti beynəlxalq yoxlama zamanı ABŞ və Kanadadan olan müfəttişləri özünün nüvə obyektlərinə buraxmağı planlaşdırmır.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Əraqçi milli televiziya ilə çıxışı zamanı bildirib: “ABŞ və Kanada müfəttişləri İrana gələ bilməzlər. Anlaşmada (İranın nüvə proqramı üzrə - red.) bildirilir ki, müfəttişlər İran İslam Respublikası ilə diplomatik münasibətlərin qurulduğu ölkələri təmsil etməlidirlər.”

Nazir müavini əlavə edib ki, MAQATE müfəttişləri “məxfi və hərbi sənədlər”ə çıxış əldə etməyəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.