Ermənistanda əsgər anaları AYAĞA QALXDI

31-07-2015, 15:25           
Ermənistanda əsgər anaları AYAĞA QALXDI
Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə görə, işğalçı ölkədə ötən ay Qarabağda kiçik rütbəli komandirləri tərəfindən cinsi istismara məruz qalan və sonra naməlum şəraitdə öldürülən erməni əsgərlərin yaxınları aksiya keçirib.

Etiraz mitinqi Müdafiə Nazirliyi binasının önündə baş tutub. Erməni əsgər analarının da qoşulduğu aksiyada hazırkı rəhbərliyin ünvanına təhqiramiz ifadələr işlədilib. Onlar övladlarını Azərbaycanın işğal edilmiş ərazilərinə “hərbi xidmətə” göndərməyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, may ayında zorlanaraq öldürülən əsgərlər Vardan Manukyan və Artyom Zerkyanın Ağdərə (Mardakert) ərazisindəki hərbi hissələrdən birində zorlandığı bildirilir. Onlar İrəvandan Qarabağa göndərilmiş çağırışçılar olublar. Xidmətlərinin dördüncü ayında isə mismarlı tabutları ailələrinə göndərilib.

Verilən məlumata görə, İrəvan hərbi prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılsa da, açılmış iş hələ də sona çatdırılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.