"Hətta səbr edib, komitə sədrinin 30 dəqiqəlik intervyusunu da dinləyib, yarım saatlıq nağıllar aləminə səyahət etdim"

28-08-2020, 12:24           
"Hətta səbr edib, komitə sədrinin 30 dəqiqəlik intervyusunu da dinləyib, yarım saatlıq nağıllar aləminə səyahət etdim"[b][/b]
"Çox düşündüm və belə qərara gəldim ki, Dövlət Gömrük Komitəsi-nin son düzəlişi birmənalı şəkildə ləğv olunmalıdır”.
Bu sözləri tanınmış aktyor və aparıcı İlkin Həsənli özünün sosial şəbəkə hesabında yazıb.
"Hətta səbr edib, komitə sədrinin 30 dəqiqəlik intervyusunu da dinləyib, yarım saatlıq nağıllar aləminə səyahət etdim. Bu gün komitə olaraq siz yerlə sürünən və hətta intihar dərəcəsinə çatmış yerli sahibkara dəstək olmaqdansa, pandemiya ilə əlaqədar rüsumları müvəqqəti azaltmaqdansa, ağlınıza gələn yersiz qərarlar qəbul edirsiniz.
Arada mənə elə gəlir ki, kimsə bu məntiqsiz qərarlarla xalqın səbrini test edir, kabinet oradan, komitə buradan, qərargah da bu tərəfdən! Etməyin belə! Bu həssas dönəmdə yeni villalarınız haqqında deyil, çökmüş sahibkarlar haqqında düşünün!”(sfera.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru