İlham Əliyevlə Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

8-04-2021, 20:36           
İlham Əliyevlə Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.

Sfera.az xəbər verir ki, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, prezidentlər Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

"Dağlıq Qarabağ ətrafında vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli bəyanatlarına uyğun olaraq onun daha da sabitləşməsi müzakirə edildi.

Xüsusilə sülhün təmin olunması, təhlükəsizlik və bölgənin mütərəqqi sosial-iqtisadi inkişafı, habelə nəqliyyat-kommunikasiya sistemlərinin bərpası üzrə işlərin gedişatından danışıldı. Müxtəlif formatlarda əlaqələrin gücləndirilməsi barədə razılığa gəlindi”, - deyə Kremlin məlumatında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru