Ermənistan Qarabağda kiçik müəssisələr açır - BİZ İSƏ SEYR EDİRİK...

1-01-2022, 09:59           
Ermənistan Qarabağda kiçik müəssisələr açır - BİZ İSƏ SEYR EDİRİK...
Ermənistan yaxın günlərdə Qarabağın Rusiya sülhməramlıları və separatçı-terrorçuların nəzarəti olan hissəsində iki kiçik quşçuluq ferması açmağı planlaşdırıb.

Teref.az modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Quşçular İttifaqının sədri Sergey Stepanyan deyib.

"Bunlar kiçik təsərrüfatlardır, lakin Qarabağda yumurta istehsalını artıracaqlar", - Stepanyan vurğulayıb.

Onun sözlərinə görə, Qarabağın ermənilər yaşayan bölgəsindəki ən böyük “Martuni” quşçuluq ferması da öz işini bərpa edib. Hələlik ora Ermənistandan quş yemi gətirilir.

Ermənistan Pendirçilər İttifaqının sədri Armen Qiqoyanın qeyd edib ki, iki süd məhsulu (“Artsaxkat” və “Mu-Mu”) müəssisəsi də istehsalını bərpa edib, lakin indiyədək onlar əsasən Ermənistandan gətirilən süd tozu üzərində işləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru