Azərbaycan Prezidenti:“Çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq”

2-02-2022, 17:03           
Azərbaycan Prezidenti:“Çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq”
“Elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda sualları cavablandıran Prezident İlham Əliyev deyib.
“Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu tarix kəsiyində bu dövrü təhlil etsək, görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq”, - deyə dövlətimizin başçısı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru