"Səhiyyə Nazirliyi və TƏBİB ölkədə COVID-in qəsdən yayılması ilə məşğuldur" - İTTİHAM

2-02-2022, 18:15           
"Səhiyyə Nazirliyi və TƏBİB ölkədə COVID-in qəsdən yayılması ilə məşğuldur" - İTTİHAM
“Azərbaycanda Səhiyyə sistemi tam mənası ilə çöküb”. Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, bunu media eksperti, hüquqşünas Ələsgər Məmmədli öz feysbuk profilində yazıb.
Ə. Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB qəsdən ölkədə COVID-in yayılması ilə məşğuldur:
“Şənbə günü yoldaşım yüksək temperaturla xəstələndiyində dərhal şübhələndim və 814 qaynar xəttinə zəng elədim. Bir neçə saat musiqi dinlədikdən sonra məlum oldu ki, telefonları musiqiyə calayıb əkiliblər.
Sahə həkiminə (39 saylı poliklinika) zəng edib, vəziyyəti izah etdim. COVID şübhəsi olduğunu dərhal test üçün səyyar sağlıq çalışanlarının yönləndirilməsini xahiş etdim.
Həftə sonu olduğundan işləmədiklərini bildirdilər və bununla bağlı yalnız qaynar xəttə zəng edin dedilər.
TƏBİB-in qaynar xəttinə 1542-yə zəng etdim. Mənə xeyli gözlədikdən sonra operator bildirdi ki, Bakı şəhərinə Səhiyyə Nazirliyi məsuliyyət daşıyır. Onlar da bazar günü işləmir, siz 1-ci gün 814-lə əlaqə saxlayın.
Mən hər ehtimala qarşı aptekə gedib, COVID testi aldım və cəmi 3 dəqiqədə müəyyən olundu ki, COVID testinin nəticəsi pozitivdir.
Mən bu nəticələrlə bazar günü təkrar 1542-yə və 814-ə zəng edib vəziyyəti izah etdim və xəstənin COVID testinin əslində pozitiv olduğunu, belə halda 1-ci gün məktəbə dərsə gedərsə, hər kəsi yoluxdura biləcəyini bildirdim (Bir tərəfdən də məktəb haqlı olaraq rəsmi portalda qeydiyyat yoxsa dərsə gəlməlisən deyərək basqı yaradır).
Hər ikisinin cavabı mənə bu oldu ki, bazar günü işləmirik, 1-ci gün 9-dan sonra zəng edin.
Yenə sahə həkimi ilə əlaqə saxladım, testin (Aptekdən alınan ) nəticəsini, işlədiyi məktəbin ünvanını, ev ünvanını və s. zəruri bilgiləri göndərdim. Xahiş etdim ki, xəstə COVID-dir və belə çıxması həm mənəvi, həm hüquqi məsuliyyət yaradır. Siz gəlib test götürün.
Cavab bu oldu ki, biz Səhiyyə Nazirliyinə məlumat verəcəyik, müraciət edənlər çoxdur, bəlkə, 2 günə gələrlər.
Təkrar 814-ə zəng etdim (sırada 42-cisiz deyib başlayan gözləmə). 40 dəqiqə müxtəlif caz musiqiləri dinlədikdən sonra operatorda bir xanım “bu gün çox məşğuluq, saat 15:00-dək işləyirik. Siz poliklinikaya müraciət edin deyib” telefonu asdı.
Təkrar polikilinika ilə əlaqə saxladım, mənə dedilər ki, biz yazıb göndərmişik, xəstə çoxdur, qalanı bizlik deyil.
2-ci gün də belə zənglər, ötür-ötürlərlə keçdi. 3-cü günə söz verdilər. Bu gün də bütün günü gözləyib, arada bir neçə dəfə 814-ə zəng edib, uzun musiqilər altında terapiya keçdik.
5 gündür şəxsin COVID olduğu bilindiyi halda bu rəzalət davam edir.
Ölkədə COVID-i məhz bu səhiyyə sistemi sürətlə yayır. Həm də bunu qəsdən edir. Mənim bu yaşadıqlarım buna şübhə yeri qoymur.
COVID xəstəsi müəllimi, işçini (....) qeydə almayıb, məktəbə, işə məcburi davam etməyə sövq edərək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.