Nasistlərlə birgə...nasist axtarışında?.. -

24-05-2022, 08:08           
Nasistlərlə birgə...nasist axtarışında?..  -
Putinin Ukraynanı "denasifikasiya" etmək iddiası iflasa uğrayıb
Ukrayna müharibəsində Rusiya tərəfində neonasist qruplar döyüşür

Ukrayna müharibəsində Rusiya tərəfində ən azı iki rusiyalı neonasist qruplaşma vuruşur.

Moderator.az xəbər verir ki, bu barədə kəşfiyyatın məxfi məruzəsinə istinadən Almaniyanın həftəlik "Der Spiegel" nəşri məlumat verib.

Beləliklə, Moskvanın hərbi əməliyyatının məqsədinin Ukraynada "denasifikasiya" olması barəsində iddiaları daha da cəfəng təsir bağışlayır.

Almaniya nazirliklərinə BND kəşfiyyat xidməti tərəfindən təqdim edilən sənəddə sağ ektremist ideologiyasına sadiq olan döyüşçülərin sayı göstərilməyib, lakin onlar "Rus imperator legionu" və "Rusiç" qrupu kimi tanınır. Hesab edilir ki, hər iki qrup Donbasda 2014- cü ildə Moskva tərəfindən dəstəklənən rusiyayönümlü separatçılarla Ukrayna hərbçiləri arasında alovlanan müharibədə iştirak edib. Bir sıra məruzələrdə "Rusiç" qrupunun Kremlə bağlı olan "Vaqner" gizli hərbi şirkətlə əlaqəli olduğu göstərilib.

"Rus imperator legionu" ABŞ- ın 2020- ci ildə terrorçu təşkilatlar siyahısına saldığı ultramillətçi "Rusiya imperiya hərəkatı"nın hərbiləşdirilmiş bölməsidir.

Ultrasağ qrupların Ukraynadakı münaqişəyə Rusiya rəhbərliyinin xahişi və ya razılığı ilə qoşulması aydın deyil", - kəşfiyyatın təhlilində deyilir.

"Rus imperator legionu" Ukraynada döyüş əməliyyatlarına qoşulması barədə martın əvvəlində qərar verib, məruzədə belə deyilir. Hesab edilir ki, "Rusiç" aprelin əvvəlindən gec olmayaraq döyüşə girib.

KİV- lərin məlumatına görə, "Rusiya imperiya hərəkatı"nın bayrağı Ukraynada martın ortalarında görünüb.
Britaniyanın "The Times" qəzeti "Rusiç" yaraqlılarının Xarkov vilayətinin ərazisində Rusiya sərhəddinin yaxınlığında aprelin əvvəlində olmasını müəyyən edib.

Denis Qariyev, onun müavini və daha iki sağ ekstremist, çox güman ki, döyüş əməliyyatlarının gedişində yaralanıb, BND- nin məruzəsində deyilir.
"Rusiç"in təsisçisi Aleksey Milçakov qrupun Ukrayna ərazisinə daxil olduğu andan yaralanıb.

"The Times"- ın məlumatına görə, Milçakov və "Rusiç"in digər həmtəsisçisi Yan Petrovski "Rusiya imperiya hərəkatı"nın hərbiləşdirilmiş hazırlıq proqramında tanış olub. BND- nin hesabatına onların əllərində nasizmin üzərində svastika rəmzi olan bayrağı və nasist salamlaşmağına uyğun olaraq əlləri irəliyə uzadılmış vəziyyətdə olan fotoları da əlavə edilib.

"Rusiç"in daha bir üzvü M. Aleksandr alman xüsusi xidmət orqanları tərəfindən Rusiyanın dövlət kanalı olan Birinci kanalın müxbiri kimi tanınıb, "Der Spiegel" məlumat verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.