Rusiyanın nə müdafiə naziri, nə də baş qərargah rəisi mövcud durumda Rusiya qoşunlarının Qarabağda hansı tapşırıqları yerinə yetirməsini izah edə bilmirlər

22-12-2023, 08:14           
Rusiyanın nə müdafiə naziri, nə də baş qərargah rəisi mövcud durumda Rusiya qoşunlarının Qarabağda hansı tapşırıqları yerinə yetirməsini izah edə bilmirlər
Rusiyalı generallar Cənubi Qafqazdakı vəziyyət barədə ya tam məlumatlı deyillər, ya da bilərəkdən yanlış açıqlamalar verirlər. Rusiya müdafiə naziri Sergey Şoyqu bir gün əvvəl demişdi ki, Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulub, halbuki, Qarabağda sülh və sabitlik bərpa edilib. Bu gün oxşar açıqlama Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovdan gəlib. O bildirib ki, Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır və Rusiya qoşunları Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir. Birincisi, 19 sentyabr anti-terror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu Cənubi Qafqazda ümumi ab-havaya müsbət təsir edib. İkincisi, Rusiyanın nə müdafiə naziri, nə də baş qərargah rəisi mövcud durumda Rusiya qoşunlarının Qarabağda hansı tapşırıqları yerinə yetirməsini izah edə bilmirlər.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.