Rəsul Cəfərovun işi 3 ay azaldıldı
31-07-2015, 15:24
İyulun 31-də Bakı Apelyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı hökmü dəyişdirib.
Rəsul Cəfərov vergi borcunu ödədiyi üçün işindəki vergidən yayınma ilə bağlı ittihama xitam verilib. 6 il 6 aylıq cəzası 6 il 3 aya endirilib.
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Sonradan onun işinə mənimsəmə və israf etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.
Bu il aprelin 16-da Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Virtualaz.org xatırladır ki, R.Cəfərov Azərbaycandakı yeni “facebook inqilabı”nın, necə deyərlər, sözükeçən nüfuz agentlərindən biridir. Bundan başqa, o, qrantların əridilməsi üzrə mütəxəssis kimi də tanınır. Qısa müddət ərzində müxtəlif işlərə görə yüz minlərlə dollar qrant alıb. Onun ABŞ xüsusi xidmət orqanlarının vaxtilə Azərbaycandan qovulmuş gizli əməkdaşı Rebekko Vinsentlə sıx əlaqəsi olub...