Bakı-Qazax trasında ölüm saçan biabırçılıq - FOTO-VİDEO

31-07-2015, 16:30           

Bakı-Qazax trasının Azərbaycanın bir nömrəli strateji yolu olduğu şübhəsizdir. Bu yol böyük "İpək yolu"nun ayrılmaz hissəsidir və hər gün Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrinin minlərlə avtomobilləri buradan istifadə edir. Amma bəzi əlaqədar orqanlar, konkret olaraq bu yolun tikintisi ilə məşğul olanların bundan xəbəri yoxdur. Xəbəri olsa idi hərəkət sürəti saat 110 km/saat olan bu yola laqeyd qalmazdılar.

Təsəvvür edin ki, saatda 110 km/saat sürətlə hərəkət edirsən və qəfildən artıq qarşı yola tərəf meylləndiyini görürsən. Səbəb isə sadədir, yola xətt çəkən işçilər bu vəzifələrini necə gəldi yerinə yetiriblər, daha doğrusu, yerinə yetirməyiblər. Onların bu məsuliyyətsizliyi isə qəza şəraitinin yaranmasına səbəb olur.

FaktXəbər-in aşağıda təqdim etdiyi video Bakı-Qazax avtomagistralının Kürdərmi-Ucar yolundakı hissəsindən çəkilib. Ola bilsin əlaqədar orqanlar açıqlama versinlər ki, həmin yolda təmir işləri gedir və xəttin belə olması təbiidir. Amma unutmaq olmaz ki, təmir getsə belə, bu heç kəsə əsas vermir qəza şəraiti yarada biləcək şəkildə xətt çəksin.
Bakı-Qazax trasında ölüm saçan biabırçılıq - FOTO-VİDEO

[media=https://www.youtube.com/watch?v=DfHqeMC5gNY]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.