Bakıda dilənçidən ŞOK oğurluq – ev sahibini hipnoz edib…

17-12-2018, 18:05           
Bakıda dilənçidən ŞOK oğurluq – ev sahibini hipnoz edib…
Bakıda qəribə oğurluq hadisəsi baş verib.

Dekabrın 15-i saat 13:30 radələrində İxtiyar Əsgərova məxsus evdə Nizami rayonu Elşən Süleymanov küçəsindəki evlərdən birində oğurluq baş verib.

Bununla bağlı zərərçəkən Primetime.az saytına müraciət edərək hadisə ilə bağlı məlumat verib. Bildirib ki, ötən həftənin şənbə günü təxminən 40 yaşlı özünü dilənçi kimi təqdim edən çadralı qadın mənzillərin qapısını döyərək çörəkpulu istəyib. Mənzillərin birində qapını açan ev sahibəsi, İxtiyar Əsgərovun həyat yoldaşı əvvəlcə “dilənçi”yə 50 qəpik verib. Bununla kifayətlənməyən çadralı qadın daha sonra su istəyib. Ev sahibəsi ona su gətirməyə gedəndə həmin şəxs mənzilə daxil olub 2 və 3 yaşlı körpə uşaqlarla oynamağa başlayıb. Suyu içəndən sonra ev sahibəsinə gözlənilməz sözlər deyib. Elə bütün hadisələr də bundan sonra başlayıb.

“Sizin evdə ağırlıq var. Sənin gəlinlik qızıllarına cadu olunub, onları təmizləmək lazımdır. Evinizdəki pullar kəfənə xərclənəcək, dua oxumaq lazımdır” – deyə, qadın ev sahibəsini qorxutmağa başlayır.

Ev sahibəsi onun sözlərinə inanaraq pulları gətirib qadına verir. Daha sonra “dilənçi” pulları büküb dua oxumaq üçün ev sahibəsindən “mayka” istəyir. Ev sahibəsi “mayka”nı gətirdikdən sonra, o daha bir dənəsinin gətirilməsini tələb edir. Növbəti “mayka”ya pulları büküb dua oxuduqdan sonra çadralı qadın qızılları istəyir. Ev sahibəsi də, onun istəyini yerinə yetirir və qızılları gətirir.

“Bu qızılların ağırlığı çox olduğu üçün onu məsciddə təmizləmək lazımdır. Təxminən bir saata qızılları dua ilə paklaşdırıb gətirəcəm” – deyə, çadralı qadın ev sahibəsini hipnoz etməkdə davam edir.

Ev sahibəsi də ona inanaraq qızılları və 1300 manat pul verir. Bundan sonra çadralı qadın mənzili tərk edir və bir daha geri qayıtmır. Onun binaya daxil olması və tərk etməsi müşahidə kameraları tərəfindən də lentə alınır.

Görüntülərdən məlum olur ki, qadının əlində içərisində bir alma və apelsin olan paket olub. Ehtimal olunur ki, o dilənçi adı ilə mənzillərin qapısını döyəndə bu meyvələri kimsə ona verib. Hadisədən dərhal sonra polisə məlumat verilib, hazırda araşdırma aparılır.

Sözügedən görüntüləri təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.