İsrail qırıcıları Livanın hava məkanını pozub

26-12-2018, 07:47           
İsrail qırıcıları Livanın hava məkanını pozub
İsrailin hərbi təyyarələri çərşənbə axşamı gecə saatlarında Livanın cənub hissəsinin hava məkanını pozaraq aşağı hündürlükdən manevrlər ediblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Livanın NNA milli agentliyi məlumat yayıb.

"İsrailin Hərbi Hava Qüvvələri bu gün (çərşənbə axşamı – red.) saat 22:00-dan etibarən 10 dəqiqə ərzində Nabatiyə və ət-Tufahın hava məkanında zərbə endirirlərmiş kimi alçaq məsafədən uçuşlar ediblər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, İsrail təyyarələri dəniz istiqamətindən gələrək Tir və Sayda şəhərləri üzərində də alçaqdan uçuşlar ediblər. NNA-nın məlumatına görə, onlar raket əleyhinə müdafiə sistemlərindən qorunma vasitəsindən istifadə ediblər.

Daha əvvəl Suriya televiziyası Dəməşqə naməlum istiqamətdən raket hücumunun qarşısının alındığı barədə məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru