MKİ dünyanın ən çox silahlanan ölkələrinin adlarını açıqlayıb - Azərbaycan 17-ci yerdədir

26-12-2018, 12:39           
MKİ dünyanın ən çox silahlanan ölkələrinin adlarını açıqlayıb - Azərbaycan 17-ci yerdədir
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ÜDM-ə nisbətdə büdcəsindən silahlanmaya daha çox vəsait sərf edən ölkələrin siyahısını açıqlayıb.

Bu barədə "Report" ABŞ-ın "The Street" nəşrinə istinadən məlumat verir.

MKİ-nin "World Factbook" məlumatlarına əsasən, siyahıda birinci yeri ÜDM-inin 13,73%-ni silahlanmaya xərcləyən Oman tutur. Cənubi Sudan (10,93%) ikinci, Səudiyyə Ərəbistanı (9,85%) üçüncü sırada qərarlaşıb.

Bu baxımdan "Top-10"a həmçinin Konqo (7,17%), Əlcəzair (6,55%), BƏƏ (5,66%), İsrail (5,64%), Rusiya (5,40%), Küveyt (4,83%) və Livan (4,76%) düşüb.

Azərbaycan ÜDM-in 3,64%-ni silahlanmaya xərcləməklə siyahıda 17-ci yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru