Keçmiş MTN polkovnikinə qarşı 100 min dollarlıq ittiham

25-03-2016, 21:54           

Bir müddət öncə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin qanunsuz əməllərinə məruz qalması haqda müsahibəsi ilə gündəmə gələn xüsusi xidmət polkovniki, iş adamı Tofiq Rəcəbov dələduzluqda ittiham olunur.
Qafqazinfo-nun verdiyi məlumata görə, bununla bağlı Bakı şəhər sakini Məhərrəm Məhərrəmov Baş Polis İdarəsinə müraciət edib.
O bildirib ki, Tofiq Rəcəbov onun etibarından sui-istifadə edərək 2011-ci ildə torpaq satmaq adı ilə ondan 100 min ABŞ dolları alıb və qaytarmayıb.
Şikayət ərizəsi aidiyyatı üzrə Nəsimi RPİ 20-ci Polis Bölməsinə göndərilib, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru