Gömrük Komitəsinə “idmançılar ordusu” daha lazım deyil..?

25-03-2016, 21:59           
Gömrük Komitəsinə “idmançılar ordusu” daha lazım deyil..?
Maliyyə böhranı ilə bağlı Dövlət Gömrük Komitəsində ( DGK ) çalışan işçilərə verilən qeyri-rəsmi maaşların ("paket"in ) kəsilməsi barədə ölkə mətbuatında məlumat gedib.
Bu gün NUH.az-a məlumat verən tanınmış idmançı bildirib ki, gömrük sistemində xeyli sayda, təxminən 200 nəfərə yaxın idmançı “çalışırmış”.
İdmançının dediyinə görə, onlara həm rəsmi maaş və “paket” verilirmiş.
İdmançının verdiyi məlumata görə, idmançıların “paket”i 2 aydır kəslib.
Ancaq DGK sədri Aydın Əliyevin göstərişi ilə aprelin 1-dən idmançılara öz ərizələri ilə işdən çıxmaqla bağlı göstəriş verilib.
İdmançı NUH.az-a onu da bildiirb ki, DGK onları “ordu” kimi saxlayırmış: “ Artıq biz DGK-ya lazım deyilik”.
Aydın Əliyevin bu göstərişi idmançılar arasında ciddi narazılığa səbəb olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
TEREF.İNFO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru