SOCAR səhmlərinin satışına aydınlıq gətirdi

25-03-2016, 22:01           
SOCAR səhmlərinin satışına aydınlıq gətirdi
SOCAR Türkiyə şirkəti "Petkim"də sahib olduğu hissə payından 2,75 %-ni blok satış üsulu ilə xarici investisiya fonduna satıb.
Bu barədə SOCAR-ın mətbuat xidmətindən Modern.az-a məlumat verilib.
Bildirilib ki, bu bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin - səhmlərin satışı prosesidir.
“İndi həyata keçirilmiş bu satış hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satılaraq ciddi bir mənfəət əldə etməyə imkan yaradıb.
Bu satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır. Bu satış "Petkim"in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir və SOCAR bundan sonra da "Petkim"i effektiv idarə etməkdə davam edəcək.
Xarici investisiya fondu tərəfindən "Petkim" səhmlərinin alınması bu müəssisənin yüksək iqtisadi cəlbediciliyini göstərir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru