Naməlum şəxslər KTMT ölkələrinin Moskvadakı səfirliklərini partladacaqları ilə hədələyib

8-01-2022, 17:34           
Naməlum şəxslər KTMT ölkələrinin Moskvadakı səfirliklərini partladacaqları ilə hədələyib
Naməlum şəxslər Ermənistanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan digər ölkələrin Moskvadakı səfirliklərini partladacaqları ilə hədələyiblər.

APA-nın məlumatına görə, bu barədə “Sputnik”ə Ermənistanın Rusiyadakı səfirliyindəki mənbə bildirib.

Həmin şəxslər KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasını tələb edirlər.

“Səfirliyin elektron poçtuna partlayış hədəsi ilə məktub gəlib. Məktubu göndərən naməlum şəxslər KTMT ölkələrinin qoşunlarının Qazaxıstandan çıxarılmasını tələb edirlər”, - deyə mənbə bildirib. .

Mənbənin sözlərinə görə, artıq antiterror tədbirləri görülüb. Ermənistan səfirliyinin binasına baxış keçirilib, lakin hər hansı partlayıcı qurğu və maddə aşkarlanmayıb. Ermənistan səfirliyinin mühafizə xidməti gücləndirilmiş rejimə keçib.

Hələlik hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanları məlumat yaymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru