Braziliyada qaya turistlərin üzərinə aşıb, ölənlər və yaralananlar var - VİDEO

9-01-2022, 09:15           
Braziliyada qaya turistlərin üzərinə aşıb, ölənlər və yaralananlar var - VİDEO
Braziliyanın cənub-şərqindəki Minas Gerais əyaləti yaxınlığındakı qaya turistlərin olduğu qayıqların üzərinə aşıb. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində azı iki nəfər ölüb, 34 nəfər yaralanıb və yerli tibb müəssisələrinə aparılıb.

Ümumilikdə, qayıqlarda təxminən 70 nəfər olub. Ərazidə dalğıclar işləyir. Məlumata görə, güclü eroziyaya uğramış qayaların uçması bölgədə güclü yağışa səbəb olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru