Qazaxıstanda general özünü güllələyərək intihar edib - FOTO

10-01-2022, 12:38           
Qazaxıstanda general özünü güllələyərək intihar edib - FOTO
Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi general-mayor Janat Süleymanov intihar edib. TEREF.AZ “Report”a istinadən xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb.

Məlumata görə, Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələyib.

Qeyd edək ki, Janat Seleymanov 1962-ci ildə Qazaxıstanın Karaqanda vilaəyintdə anadan olub. 1980-ci ildə daxili işlər nazirliyində fəaliyyətə başlayıb. O, 2020-ci ilin fevralında Cambıl vilayəti Polis İdarəsinə rəis təyin edilib. Uğurlu xidmətə görə orden və medalla təltif olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru