Putinin avtomobili istehsal olunan zavodun azərbaycanlı baş direktoru İIŞDƏN ÇIXDI - FOTO

11-01-2022, 00:04           
Putinin avtomobili istehsal olunan zavodun azərbaycanlı baş direktoru İIŞDƏN ÇIXDI - FOTO
Azərbaycanlı Adil Şirinov “Aurus”un baş direktoru vəzifəsindən gedib.

Teref.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Aurus” şirkəti məlumat yayıb.

Bildirilib ki, avtomobil şirkətinin rəhbəri vəzifəsinin müvəqqəti icrası “Aurus” icraçı direktoru olan Nikolay Xodoseviçə tapşırılıb.

Şirkətdən o da bildirilib ki, Adil Şirinov öz istəyi ilə bu vəzifəni tərk edib. O, bundan sonra “UAZ” və “Sollers Ford” şirkətlərinin fəaliyyətinə diqqətini yönəldəcək: “Şirinov “Aurus”un sənayeləşdirilməsi, tam miqyaslı yerli istehsalın yaradılması və işə salınması ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib”.

Qeyd edək ki, “Aurus” zavodu Rusiya Prezidenti və hökumətinin üzvləri üçün avtomobil istehsal edir. “Aurus” limuzin, sedan, miniven və SUV təklif edən ilk rus lüks avtomobil markasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru