Ukraynalı pilot 14 rus təyyarəsini məhv edib - “Kiyevin Kabusu” düşmənə qan uddurur

1-03-2022, 08:00           
Ukraynalı pilot 14 rus təyyarəsini məhv edib - “Kiyevin Kabusu” düşmənə qan uddurur
Rusiya-Ukrayna müharibəsində “Ghost of Kyiv” (“Kiyevin Kabusu”) adlı pilot bir anda xalqın qəhrəmanına çevrilib.

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, ukraynalı pilot indiyə qədər 14 rus təyyarəsini məhv etməyi bacarıb.

Kimliyi bilinməyən pilotun bir uçuşta 6 rus təyyarəsini zərərsizləşdirdiyi qeyd olunur. Hamının diqqətini çəkən pilot qısa müddətdə dünya mediasında da xeyli populyarlaşıb.

Məlumata görə, ukraynalı pilot döyüş tapşırıqlarını “Miq 29” qırıcı təyyarəsində icra etdikdən sonra anidən yoxa çıxır. Elə bu səbəbdən də ukraynalılar bu pilotu “Kiyevin Kabusu” adlandrırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru