ABŞ sakini üç ildə ikinci dəfə lotereyada 10 milyon dollar qazanıb 1-03-2022, 11:34 ABŞ sakini son üç ildə ikinci dəfə lotereyada 10 milyon dollar udub.O, etiraf edib ki, indi bu pulu nəyə xərcləyəcəyini bilmir.Nyu-York ştatından olan Xuan Hernandes fevralın sonunda “New York Lottery Deluxe” lotereyasında cekpot qazanıb.Kişi üç il əvvəl də məhz eyni məbləğə cekpotu vursa da, uğura inanmadığını deyib.“Mən hələ də 2019-cu ildə qazandığım pulu xərcləməyə çalışıram”, - şanslı adam bəyan edib.Mənbə: gazeta.ru Facebook-da paylaş