Goranboyda zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var
1-05-2023, 11:14
Goranboy rayon Dəliməmmədli şəhər ərazisində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, 3 nəqliyyat vasitələrinin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Xəyalə İntiqam qızı Əliyeva və 1976-cı il təvəllüdlü Rəşad Nurəddin oğlu Muradov xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.