Gürcüstanda iki milyon dollar dəyərində radioaktiv maddələrin satışının qarşısı alınıb
2-05-2023, 00:09
Gürcüstanda 2 milyon dollar dəyərində radioaktiv maddələrin satışının qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
DTX-nın Əks-kəşfiyyat departamenti prokurorluq orqanları ilə birlikdə xüsusi əməliyyat keçiriblər. Radiaoktiv maddələri 2 milyon ABŞ dollarına satmaq istəyən şəxs əməliyyat nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.