Hicablı müsəlman qadına hücum edildi

2-05-2023, 00:06           
Hicablı müsəlman qadına hücum edildi
Almaniyanın paytaxtı Berlində hicablı qadına hücum olunub.

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsi açıqlama yayıb.
Bildirilib ki, ötən həftə 20 yaşlı müsəlman qadın Rathaus Neukölln metro stansiyasında bir şəxs tərəfindən sözlü və fiziki hücuma məruz qalıb.
Onun hicabı çıxarılıb, saçları dartılıb. Hücuma məruz qalan qadın yüngül xəsarət alıb.

İrqçi təhqirlər edən təcavüzkarın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər gedir. Almaniyada son illərdə müsəlman əleyhdarı (İslamofobiya) hallarının artdığı müşahidə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru