Yaponiyanın cənub-qərbində 5,4 bal gücündə zəlzələ baş verib
2-05-2023, 08:07
Yaponiyanın cənub-qərbindəki Okinava prefekturasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Okinava adasının şərq sahillərində 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 16:59-da və 10 kilometr dərinlikdə baş verib.
Zəlzələnin Okinavanın Naqo, Uruma və Nanco şəhərlərində və qonşu Kaqoşima əyalətində hiss edildiyi qeyd edilib.