ABŞ-də qum fırtınası fəlakəti: 100-ə yaxın avtomobil toqquşdu, ölənlər var - VİDEO

2-05-2023, 10:39           
ABŞ-də qum fırtınası fəlakəti:
ABŞ-nin İllinoys ştatında qum fırtınası səbəbindən 100-ə yaxın avtomobil toqquşub. Nəticədə altı nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

Qəza magistral yolda baş verib. Polisin məlumatına görə, fırtına zamanı 40-60 avtomobil və 30-a yaxın yük maşını toqquşub, onlardan ikisi alovlanıb.

“Hazırda xəstəxanaya göndərilən 30-dan çox zərərçəkmiş haqqında məlumat daxil olub. Altı nəfər ölüb”, - deyə yerli polis bildirib. Yaralılar 2-80 yaş arası insanlardır.
Güclü külək nəticəsində əkin sahələrinin torpağının havaya sovrulması qum fırtınasına və qəzaya səbəb olub.

Mənbə: Kommersant












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru