İran hakimiyyəti keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərini edam edib.
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Qərb kəşfiyyatının məlumatına görə, yüksək rütbəli məmur on ildir ki, İranın nüvə və hərbi proqramları ilə bağlı Britaniyaya qiymətli kəşfiyyat məlumatları ötürürmüş. İran hakimiyyəti məmurun edam edilməsini gizl şəkildə həyata keçirib.