İsrail İran hədəflərini vurdu: silah anbarı məhv edildi – VİDEO 2-05-2023, 15:10 İsrailin Hələbdəki beynəlxalq aeroporta və Neyrabdakı hərbi aerodroma endirdiyi zərbələr nəticəsində silah-sursat anbarı məhv edilib.Bu barədə Londonda yerləşən İnsan Haqları Təşkilatı məlumat yayıb.Hava zərbələri Hələb aeroportunun bağlanmasına da səbəb olub.Bundan başqa, Hələbin Əs-Səfir rayonundakı hərbi zavod da vurulub.Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri İranın Suriyadakı hədəflərinə zərbələr endirmişdi. Facebook-da paylaş