Tuneli "kurilka" edən sərnişinin ağlasığmaz hərəkəti - Metrodan VİDEO

2-05-2023, 15:48           
Tuneli "kurilka" edən sərnişinin ağlasığmaz hərəkəti - Metrodan VİDEO
Moskva metrosunda sərnişin siqaret çəkmək üçün relslərin üzərinə atılaraq tunelə girmək istəyib.

Publika.az xəbər verir ki, həmin şəxsin hərəkətləri videolentə alınıb.

Siqnal qurğusu işə düşdükdən sonra, polis dərhal cinayətkarı saxlayıb. Onun Perm vilayətinin 31 yaşlı sakini olduğu ortaya çıxıb. Şöbədə həmin şəxs siqaret çəkmək üçün relslərin üzərinə tullanmaq məcburiyyətində qaldığını bildirib.

Polis sərnişini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 11.15-ci maddəsinin 3-cü hissəsinə əsasən protokol tərtib edərək nəqliyyat təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyətə cəlb edib. Məhkəmə həmin şəxsə 7 sutka müddətinə inzibati həbs cəzası verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru