Uqandanın əmək və sənaye məsələləri üzrə dövlət naziri Çarlz Okello Enqola iqamətgahında öz mühafizəçisi tərəfindən güllələnib. Teref.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. Bildirilib ki, nazirə atəş açan mühafizəçi bir neçə dəqiqə sonra eyni silahla intihar edib. Şəxsiyyəti dəqiqləşdirilməyən mühafizəçinin naziri hansı səbəbdən öldürdüyü hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir. \\Demokrat.az