Bakının mərkəzində KÜTLƏVİ DAVA - qazilərin VİDEOSU
3-05-2023, 11:10
Bakıda küçədə kütləvi dava olub.
Lent.az xəbər verir ki, hadisə səhər saatlarında "Elmlər Akademiyası" metrostansiyasının ətrafında, AMEA-nın yaxınlığında baş verib. İddialara əsasən, qazilər orada meyvə-tərəvəz satanlara yaxınlaşaraq, ərazinin onlara məxsus olmasını və burada yalnız onların nəsə sata bilmələrini deyiblər. Davaya səbəb də onların bu sözü olub.
İnsident polis əməkdaşlarının müdaxiləsi ilə dayandırılıb.