Ata mübahisə etdiyi 23 yaşlı oğlunu güllələyib öldürdü - FOTO

3-05-2023, 11:32           
Ata mübahisə etdiyi 23 yaşlı oğlunu güllələyib öldürdü - FOTO
Ata-oğul arasında çıxan mübahisə qətllə nəticələnib.

"Ölkə.Az" xəbər verir ki, hadisə İstanbulda baş verib. Arnavutköydə yaşadıqları evdə oğlu ilə mübahisə edən ata M.Ateş 23 yaşlı oğlu Mutlucan Ateşi silahla başından və sinəsindən vuraraq öldürüb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.

Aparılan müayinədən sonra Mutlucan Ateşin başından və sinəsindən aldığı iki güllədən elə hadisə yerində öldüyü müəyyən olunub.

Polis hadisədən sonra qaçan atanın tutulması istiqamətində axtarışlara başlayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru