Ramiz Mehdiyev bu məşhur restoranda özünə 85 illik yubiley keçirdi

3-05-2023, 19:45           
Ramiz Mehdiyev bu məşhur restoranda özünə 85 illik yubiley keçirdi
Aprel ayının 17-də Prezident Administasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin 85 yaşı tamam olub.

TEREF.AZ xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, sabiq PA rəhbəri aprelin 18-də "Mangal Steak House" restoranının "Muğam" zalında yubileyi ilə bağlı mərasim təşkil edib. Mərasimdə R. Mehdiyevin ailə üzvləri, akademiklər Arif Həşimov və Dilqəm Tağıyev iştirak ediblər.

Qeyd edək ki, Ramiz Mehdiyev yubiley tədbirinə bir sıra keçmiş nazir və icra başçılarını dəvət etsə də, onlar mərasimə qatılmayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru