Putinin iqamətgahını belə vurmaq istədilər (VİDEO)
3-05-2023, 20:58
Gecə saatlarında Ukrayna Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma cəhd edib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları iki pilotsuz uçuş aparatını zərərsizləşdirib.
32gun.az -ın məlumatına görə, teleqram kanallarında sözügedən PUA-lardan birinin zərərsizləşdirilmə anını əks etdirən görüntülər yayılıb.
Görüntülərdən PUA-nın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahının üzərində zərərsizləşdirildiyini görmək mümkündür.
Kremlin rəsmi sözçüsü Dmitri Peskovun sözlərinə görə, hücum zamanı Putin Kremldə olmayıb və xəsarət almayıb: “Putin öz işini adi rejimdə davam etdirir”.