Korrida yarışında matador ağır yaralandı - VİDEO

4-05-2023, 13:44           
Korrida yarışında matador ağır yaralandı - VİDEO
Meksikanın Aquaskalientes şəhərində öküz döyüşü zamanı 34 yaşlı Xose Quadalupe Adame adlı matador öküzün hücumuna məruz qalıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, matador öküzün hücumu nəticəsində ağır yaralanıb.

Buğanın buynuz zərbələri ilə havaya uçan matador başı üstə yıxılaraq huşunu itirib.

Xosenin vəziyyəti ağır olduğu üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beynində ödəm yaranan matador əməliyyat olunub.

Qeyd edək ki, Meksikalı heyvansevərlərin reaksiyasına səbəb olan öküz döyüşü indiyədək Koahuila, Sonora, Qerrero və Quintana Roo ştatlarında qadağan edilib.

Meksikanın paytaxtı Mexiko şəhərində 2022-ci ilin iyununda dünyanın ən böyük arenası olan La Plaza Mexikoda öküz döyüşləri heyvanlara qarşı pis rəftar edildiyi səbəbilə federal məhkəmə tərəfindən qeyri-müəyyən müddətə dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru