Moskvada mühafizə olunan dayanacaqdan dəyəri 12 milyon rubldan (256800 manat) çox olan “Lamborghini Murcielago” markalı avtomobil oğurlanıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisəni törədən şəxs artıq saxlanılıb.
Qeyd olunub ki, həmin şəxs parkinq mühafizəçisinə saxta avtomobil qeydiyyat şəhadətnaməsi təqdim edib, bundan sonra maşını evakuatora yükləyib və naməlum istiqamətə aparıb.