Deputat Hacıyev olimpiya çempionuna 1 milyon dollar verdi

12-08-2021, 15:51           
Deputat Hacıyev olimpiya çempionuna 1 milyon dollar verdi
Sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Əbdülrəşid Sadulayev mükafatlandırılıb.
Ölkə.Az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarında uğur qazanan idmançıya Rusiya Dövlət Dumasının deputatı Maqomed Haciyev bir milyon dollar mükafat verib.

Bu barədə idmançı sosial media hesabında məlumat yayıb. Əbdülrəşid Sadulayev buna görə deputata təşəkkür edib: "Olimpiadada qazandığım qələbəyə görə məni bir milyon dollarla mükafatlandıran Çarodinski rayonundan olan həmyerlim, Dövlət Dumasının deputatı Maqomed Hacıyevə təşəkkür etmək istəyirəm. Eyni zamanda məşqçim Şamil Ömərov da diqqətdən kənarda qalmadı".

Qeyd edək ki, 25 yaşlı Əbdülrəşid Sadulayev Tokio olimpiadasında 97 kq çəki dərəcəsində qızıl medal qazanıb. Sərbəst güləşçi Rio-de-Janeyro olimpiadasında da eyni uğura imza atmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru