"Qarabağ" və "Neftçi"nin avrokubok oyunlarının başlama saatı açıqlanıb

13-08-2021, 08:05           
"Qarabağ" və "Neftçi"nin avrokubok oyunlarının başlama saatı açıqlanıb
"Qarabağ" və "Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki hər iki oyununun başlama saatı açıqlanıb.

"Report" xəbər verir ki, Ağdam klubunun Şotlandiya "Aberdin"i ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi ilk görüş saat 20:00-da, cavab matçı isə Bakı vaxtı ilə 22:45-də başlayacaq.

"Neftçi" birinci qarşılaşmanı evdə oynayacaq. İsrailin "Makkabi" (Hayfa) klubu ilə hər iki matçın başlama saatı 21:00-dır.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 17-si və 26-da olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru