Avropanın aparıcı futbol çempionatları start götürüb: İlk sensasiyalar var - VİDEO

14-08-2021, 07:19           
Avropanın aparıcı futbol çempionatları start götürüb:
Avropanın aparıcı futbol çempionatlarında açılış matçları oynanılıb.

Qarşılaşmalar daha çox minimum sayda qolların vurulması ilə yadda qalıb.

Almaniya Bundesliqasında son çempion “Bavariya” Münhenqladbax “Borussiya”sının qonağı olub. Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Fransanın birinci liqasında “Monako” səfərdə “Loryen”ə minimal hesabla uduzub.

İspaniya La Liqasında mövsümün ilk qarşılaşması “Valensiya” ilə “Hetafe” arasında baş tutub. Bu oyun da ev sahibi komandanın minimal üstünlüyü ilə başa çatıb.

Yeganə istisna İngiltərə Premyer Liqası olub. Burada doğma meydanda “Arsenal”ı qəbul edən debütant “Brentford” qonaqların qapısından iki cavabsız qol keçirməklə 74 ildən sonra yüksək liqaya qayıdışını qələbə ilə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru