"Legiya"nın baş məşqçisi: "Mahir Emreli öz üzərində işləməlidir"

14-08-2021, 10:30           
"Legiya"nın baş məşqçisi: "Mahir Emreli öz üzərində işləməlidir"
"Mahir Emreli mövsümə çox yaxşı başladı. Lakin sonra Norveçin "Budyo Qlimt" komandasına qarşı Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi xəstələndi".

"Report"un məlumatına görə, bunu Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin oyunundakı enişin səbəbləri barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, 24 yaşlı hücumçu öz üzərində işləməlidir: "Düşünürəm ki, bu problem zamanla həllini tapacaq və forvard əvvəlki formasına qayıdacaq. Tomaş Pexarta gəlincə, o, millinin toplanışından sonra düşərgəmizə qoşulmuşdu. Az məşq etsə də, hər zaman meydana çıxmağa hazırdır".

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru