"Real Madrid" La Liqanı tərk edir - Hansı çempionatda oynayacaq?

15-08-2021, 10:52           
"Real Madrid" La Liqanı tərk edir -
"Real Madrid" İspaniya La Liqasından çıxmağı panlaşdırır.

Fanat.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi çempionatının prezidenti Xavyer Tebasın apardığı siyasətlə razılaşmadığı üçün liqanı tərk etmək istəyir.

İddiaya görə, "Kral Klubu" İngiltərə Premyer Liqasında iştirak etmək məsələsini nəzərdən keçirir. Variantlar arasında İtaliya A Seriyası və Almaniya Bundesliqası da var.


Bildirilib ki, "Real Madrid"lə La Liqa rəhbərliyi arasında gərginliyin pik nöqtəsi Tebasın Avropa Super Liqası layihəsinə neqativ reaksiyası olub. Bundan başqa, klub üç gün əvvəl rəsmi saytında La Liqa və CVC fondunun məhkəməyə veriləcəyi ilə bağlı bəyanat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru