Messi: “Heç vaxt ən yaxşı futbolçu olduğumu deməmişəm”

5-12-2021, 11:21           
Messi: “Heç vaxt ən yaxşı futbolçu olduğumu deməmişəm”
PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top”a sahib olması barədə danışarkən heç vaxt dünyanın ən yaxşı futbolçusu olmağa çalışmadığını bildirib.

Onun sözlərinə görə, belə fikirləri heç vaxt özünə yaxın tutmayıb:

“Tarixin ən yaxşılarından biri adlandırılmağım artıq kifayət edir. Çünki bunu təsəvvür belə edə bilməzdim. Mənim üçün ən yaxşı hesab edilib edilməməyim önəmli deyil. Heç vaxt da ən yaxşı olmaq istəməmişəm. Heç vaxt kumirə çevrilib məsləhət verməyi xoşlamamışam. Öz arzularım uğrunda mübarizə aparmışam”, - deyə L.Messi bildirib.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.