ÇL: “Barselona” Avropa Liqasında, daha üç komanda 1/8 finala yüksəldi

9-12-2021, 08:03           
ÇL: “Barselona” Avropa Liqasında, daha üç komanda 1/8 finala yüksəldi
UEFA Çempionlar Liqasında VI turun daha beş oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, bununla da daha bir neçə komandanın öz yoluna hansı platformada davam edəcəyinə aydınlıq gəlib.

Gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda baş tutub.

Növbəti raunda vəsiqəni təmin etmiş “Bavariya” ikinci yer uğrunda mübarizə aparan “Barselona”nı qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda “Benfika” Portuqaliyada qrupda heç bir iddiası qalmayan “Dinamo”nu (Kiyev) iki cavabsız qolla məğlub edib.

Bu nəticələrdən sonra “Benfika” 1/8 finala, “Barselona” isə Avropa Liqasının pley-offuna yollanıb.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən “Mançester Yunayted” evdə “Yanq Boyz” ilə heç-heçə edib – 1:1.

İtaliyada “Atalanta” və “Vilyarreal” arasındakı oyun isə güclü qar səbəbindən təxirə salınıb.

Bu səbəbdən qrupda 1/8 finala 2-ci vəsiqənin sahibi hələ dəqiqləşməyib. Əvəzində isə “Yanq Boyz”un qrup sonuncusu olması rəsmiləşib.

G qrupunda “Salzburq” evdə “Sevilya”ya, “Lill” isə Almaniyada “Volfsburq”a qalib gələrək, növbəti mərhələyə adlayıblar.

“Sevilya” yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
E qrupu

“Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:0
Qollar: Roman Yaremçuk, 16, Jilberto Junior Moraes, 22


“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 3:0
Qollar: Tomas Müller, 34. Leroy Sane, 43. Camal Musiala, 62


F qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) - 1:1
Qollar: Meyson Qrinvud, 9 - Fabian Rider, 42


“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya) - 0:0 (TƏXİRƏ SALINIB)

G qrupu
“Salzburq” (Avstriya) – “Sevilya” (İspaniya) - 1:0
Qol: Noa Okafor, 50


“Volfsburq” (Almaniya) – “Lill” (Fransa) - 1:3
Qollar: Renato Şteffen, 89 - Burak Yılmaz, 11. Conatan Devid, 72. Eyncel Qomes, 78


23:55

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, ilk olaraq H qrupunda mübarizəyə yekun vurulub.

1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş “Yuventus” Turində “Malmö”nü məğlub edib - 1:0.

“Çelsi” Rusiyada “Zenit”lə qarşılaşıb. Qrup liderliyi baxımdan önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib.

Nəticədə “qoca sinyora” növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.

“Zenit” isə əvvəldən də məlum olduğu kimi, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Çempionlar Liqası
H qrupu
“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) - 1:0
Qol: Moyze Kin, 18

“Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) - 3:3
Qollar: Klaudinyo, 38. Serdar Azmun, 41. Məhəmməd Ozdoyev, 90+4 - Timo Verner, 2; 85. Romelu Lukaku, 62












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.